Yusif Xas Hacib'in "Qutadqu-Bilik" Əsərinde Türk Dövlət Modeli

Türk ədəbiyyatının "Şahnamə" si və "Siyasətnamə"si kimi qəbul edilən "Qutadqu-bilik" əsəri həqiqətən də xoşbəxtlik elminin açarıdır. Bu əsərdə əxlaq, mənəviyyat, ləyaqət məsələlərinin işığında türk dövlət modeli işlənib hazırlanmışdır. Dövlət quruculuğu, ordu təşkili, dövlət orqanları, demokratik prinsiplər və b. məsələlər bu möhtəşəm əsərdə diqqətə çatdırılır. Yusif Xas Hacib insan xoşbəxtliyinin dört ünsürlə əlaqəli olduğuna diqqət çəkmişdir. Bunlardan birincisi, ədalət prinsipidir, xüsusilə, dövlət başçılarında olmalıdır. İkincisi dövlətdir, hər vətəndaşın arxası, dayağı kimi qəbul edilir, xalqın rifahının qarantıdır. Üçüncüsü idrakdır, insanda ən dəyərli cövhər olaraq qəbul edilir. Dördüncüsü, təsərrüfdür ki, insan sağlamlığına xidmət edər. Bu keyfiyyətlər şairin təqdim etdiyi Turan dövlətinin təmsilçilərində vardır. XI yüzildə yazılmasına baxmayaraq, bugün də dövlət qurma, idarəçilik, idarəedici adamların seçilməsində bu əsər misilsiz bir nümunədir. Burada şahın xalqa münasibəti, ordunun qorunması, az ordu ilə düşməni məğlubetmə üsulları, səfirlərin seçilməsi, məhkəmə işləri, şahın qoruma sistemi, layiqli xidmətçilərin mükafatlandırılması, xəzinənin doldurulması, iqtisadiyyatın inkişafı, bəylər və bəyliklər, haciblik, xarici işlər nazirinin dövlətin xarici siyasətində rolu məsələləri işıqlandırılmış, hətta dövlət qulluqçularının yemək və içmək, özünü idarə etmək qaydaları da daxil edilmişdir. Yüksək əxlaqi dəyərləri dövlətin idarəedici şəxslərinə aşılayan şair onları pis vərdişlərdən – yalandan, xəsislikdən, əyyaşlıqdan, qumardan, rüşvətdən, oğurluqdan, saxtakarlıqdan uzaq olmağı tövsiyə edir.

Turkish State Model in the “Gutadgu-Bilik” by Yusıf Khas Hajib

The work “Gutadgu-bilik” accepted as “Shahname” and “Siyasatnama” of Turkish literature, is truly a key to happiness science. The Turkish state model was developed in light of ethics, morality and dignity issues in this work. State building, army organization, state bodies, democratic principles and other issues draw attention in this magnificent work. Yusif Khas Hajib noted that human happiness is linked to four elements. The first one is the principle of justice, especially in the heads of state. The second one is the state, regarded as the backbone of every citizen, and is a guarantor of the welfare of the people. The third is the cognition, the most valuable essence in the human being. The last one is a possession that serves human health. The representatives of the state Turan presented by the poet bear these qualities. Although it was written in the 11th century, this work is an unprecedented example in the selection of state-owned governance for guiding people. The issues have been highlighted here such as the king's attitude to the people, the protection of the army, the methods of defeating the enemy with a small army, the selection of ambassadors, court proceedings, the king's defense system, the rewarding of worthy officers, the development of the economy, and even the rules of eating and drinking and self-governance of civil servants. The poet tanning high moral values to the government officials recommends them avoiding bad habits – lie, covetousness, gambling, bribery, theft, and fraudulence.

___

Balasaqunlu Y (2003). Qutadqu bilik. Bakı: Gənclik. Cəlilov E. (1995). Azərbaycanın dövlət və hüququ (XIII-XIV yüzillər). Bakı: Dövlət Kitab Palatası. Cəlilova A. (2017). Xalq yaradıcılığında türk ədaləti motivi. AMEA Elm və həyat. Elmi-populyar Jurnal, (4), 463 Əmir Teymurun vəsiyyətləri. (1991). Bakı: Azərnəşr Rəşidəddin F. (2003). Oğuznamə. Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB. Nizamülmülk. (1989). Siyasətnamə. Bakı: Elm. Qabusnamə. (2006). Bakı: Şərq-Qərb. Бакиханов А.К. (1991). Гюлистан-и Ирам. Баку: Элм.